Etibar Məmmədov niyə Rauf Mirqədirovla görüşmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılan jurnalist Rauf Mirqədirovla görüşmək üçün ölkənin tanınmış ictimai-siyasi xadimləri, jurnalistlər onun evində olublar.

Hətta Müsavat Partiyasının başqanı Arif Hacılı da R.Mirqədirovun evində olub, onunla görüşüb. Maraqlıdır ki, R.Mirqədirovun uzun müddət üzvü, hətta siyasi şurasının üzvü olduğu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyindən heç kəs ona baş çəkməyib.12026613_10201711263819523_829874951_n

Məsələni araşdırmaq üçün əməkdaşımız AMİP lideri Etibar Məmmədova müraciət edib. E.Məmmədov R.Mirqədirovun azadlığa buraxılmasına sevindiyini, amma hələ onunla görüşmədiyini bildirib. E.Məmmədov yaxın günlərdə R.Mirqədirova baş çəkəcəyini bildirdi.

Xatırladaq ki, AMİP ilk gündən R.Mirqədirovun müdafiəsinə çox zəif qoşulub. Jurnalisti digər partiyalar daha çox müdafiə ediblər. Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.