Ermənistanda qiyamçılar siyasi məhbusların buraxılmasını və prezidentin istefasını tələb edir

 

Girov götürülənlərdən biri Yerevan polis idarəsinin rəis müavini Valeri Osipyandır

Ermənistada post-patrul xidmət alayının girov götürülməsi ilə başlayan qiyamda bir nəfər polis ölüb, iki nəfər yaralanıb, Milli Təhlükəsizlik Xidməti bildirib.

MTX, həmçinin iki nəfərin azad edildiyini bildirir.

Bazar günü səhəri Yerevanda müxalif Müəssislər Məclisi polis patrul xidməti alayına hücum edərək silahlı üsyana başladıqlarını elan edib, bu barədə təşkilatın sözçüsü Varujan Avetisyan Facebook sosial şəbəkəsində bildirib.

Onlar “siyasi fəalların”, o cümlədən Müəssislər Məclisi müxalif təşkilatının lideri Jirayr Sefilyanın və Şanta Arutyunanın azadlığa buraxılmasını tələb edir.

Məclis, həmçinin bildirib ki, onlar Ermənistan prezidenti Serj Sarkisyanın istefasını və hakimiyyətin xalqın inandığı hökümətə verilməsini istəyir.

Selifyan prezident Serj Sarkisyanın və onun Dağlıq Qarabağ münaqişəsində siyasətinin qəti tənqidçisidir.

O aprel ayının əvvəlində 4 günlük döyüşdən sonra Azərbaycanla yenidən müharibəyə başlamağı təklif edib. Həmçinin o, höküməti Azərbaycanla sülh razılaşması imzalayacağı təqdirdə zorakılıq tətbiqi ilə hədələyib.

Polis hazırda Yerevanın Erebuni rayonu polis şöbəsinə gedən yolları bağlayıb. Polis-patrul alayına baş çəkmiş Ermənistan Milli Məclisinin üzvü Nikol Paşinyan jurnalistlərə deyib ki, binada 7-8 nəfər polis, polis generalı Yeğiazaryan və polkovnik Osipyan girov saxlanılır. Polislər silahsızlaşdırılıb.

Onun sözlərinə görə, daxildə təxminən 25 nəfər silahlı vardır.

Onlardan biri səhər tezdən polislə qarşıdurma nəticəsində yaralanıb və çoxlu qan itirib. “Qiyamçılar” qan təzyiqi qalxmış bir polis əməkdaşı üçün təcili yardım çağırmağa icazə veriblər.

                     Qiyamçılar siyasi məhbusların buraxılmasını və prezidentin istefasını tələb edir

Polis Yerevanın opera meydanı yaxınlığında “şübhəli” vətəndaşlar saxlanıb polisə aparılır. Azadlıq meydanında Müəssislər Məclisi tərəfindən aylar əvvəl qurulmuş çadır və təbliğat lövhələri polis tərəfindən sökülür.

Müəssislər Məclisinin üzvü Syuzan Simonyan Facebook vasitəsilə əhaliyə müraciət edib, onralı opera teatrının önünə (Azadlıq meydanına) toplaşmağa çağırır.

“Opera meydanı ərazisinə gedin, birləşin və küçələri bağlayın. Qruplar yaradıb itaətsizlik edin”, – Simonyan yazıb.

                                   Polis bildirir ki, alayın ərazisində təxminən 25 nəfər silahlı var

Sosial mediada səhər yayılmış video görüntülərdə bir neçə silahlı kişi bir neçə saatdır Yerevanda bir polis polkunu girov aldıqlarını bəyan edib.

                                      Polis Yerevanın Erebuni rayonu polis şöbəsinə gedən yolları bağlayıb

Varujan Avetisyan iddia edib ki, “Erebuni rayonunun xüsusi polis xidməti faktiki zəbt edilib”.

“Polis, qonşu binaların üstünə snayperlər yerləşdirib”, o əlavə edib.

“Polislər bizim mövqelərə hücum etmək istəyir, PDM gətiriblər, amma bizim yaxşı mövqelərimiz var. Yüksək rütbəli polis məmurları- general Yeğiazaryan və polkovnik Osipyan əlimizdədir.”

Ermənistan təhlükəsizlik qüvvələri hadisəni təsdiqləyib və bildirib ki, bütün qanunsuz hərəkətlərin qarşısı alınacaq və təqsirlilər məsuliyyətə cəlb olunacaq.

Polis Yerevanın opera meydanı yaxınlığında “şübhəli” vətəndaşlar saxlanıb polisə aparılır

“Yerevanda iyulun 17-də səhər saatlarında post-patrul xidməti alayına hücum olub. Alayın ərazisində olanlar girov götürülüb”.

Hələlik təhlükəsizlik qüvvələri qiyamçılarla danışıqlar aparır.

Polislərin sözlərinə görə, bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Avetisyan Facebook profilində bildirib ki, polisin uğursuz hücumu nəticəsində hər iki tərəfdə zərərçəkmişlər var.