Ermənistan etirazçıları beynəlxalq əhəmiyyətli yolu kəsiblər

“Vanadzor Kimya sənaye” zavodunun işçiləri Ermənistanın Lori vilayətinin administrasiyası qarşısında etiraz aksiyası keçirib.

029289d26a9f7a7d209904a79c8112efErevan_oppos_

Xebername.info xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Aksiya bu gün keçirilib. İşçilər 9-10 aydır ödənilməyən əmək haqlarının verilməsini tələb ediblər. Lori vilayətinin qubernatoru Artur Nalbandyan etirazçılarla görüşərək onlara yardım edə bilməyəcəyini söyləyib. Qubernatorun cavabından sonra aksiya iştirakçıları beynəlxalq əhəmiyyətli Vanadzor-Alaverdi avtomobil yolunu kəsiblər. Polis onlara mane olmağa çalışıb.
Qeyd edək ki, zavod işçiləri bir ay öncə eyni tələblərlə etiraz aksiyası keçirmişdi.

Mətləb BALAKİŞİYEV