Politoloq Elxan Şahinoğlu Ermənistanın hazırki və keçmiş 3 vətəndaşı – Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və “Meridian” Qeyri-hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyanın Bakıya gəlməsini şərh edərkən deyib. E.Şahinoğlu bildirib ki, erməni hüquq müdafiəçilərinin Bakıya gələrək Qarabağ mövzusunda təşkil olunan konfransda iştirak etməsi xüsusi əhəmiyyətə malik idi: “Öncə, hər üç erməni Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dedi. Onlar Dağlıq Qarabağın Azərbaycan tərkibində ən yüksək muxtariyyat statusuna razı olduqlarını dedilər. E.Şahinoğlu qeyd edib ki, Bakıya gələn ermənilərin açıqlamaları beynəlxalq aləmə və həmsədr dövlətlərə də ciddi mesajdır: “Mesaj isə ondan ibarətdir ki, Dağlıq Qarabağda yaşayan ermənilər separatçıların hərbi-siyasi təzyiqi altında olmasalar, onlar Azərbaycanın tərkibində yaşamağa hazırdırlar. Çünki onlar anlayırlar ki, daima Azərbaycanla müharibə qorxusu altında yaşamaq olmaz. Bütün hallarda onlar bu müharibədə qalib olmayacaqlar, Azərbaycan isə heç bir halda Dağlıq Qarabağın “müstəqilliyinə” seyrçi qalmayacaq.
Digər tərəfdən hazırki şərtlər daxilində Dağlıq Qarabağda referendum keçirmək mümkün deyil. Çünki, separatçıların nəzarəti altında keçirilən referendumda ermənilərin sərbəst fikir bildirmələri onların həyatı üçün riskdir. Məhz bu risk səbəbindən Bakıdakı konfransda iştirak edən 3 ermənidən ikisi fikirlərini sərbəst bildirdiklərinə görə Ermənistan hakimiyyətinin təzyiqi ilə üzləşib və xaricdə sığınacaq alıblar”.