Erməni incəsənət adamından inanılmaz etiraf…

İrəvan Kukla Teatrının bədii rəhbəri Ruben Babayan “Novoye Vremya” erməni qəzetinə müsahibəsində maraqlı və eyni zamanda cəsarətli fikirlər səsləndirib.2016-04-30-13-19-14aravot

Müxbirin “erməni dilinin türkləşdirilməsi” ilə bağlı sualına onun cavabı gözlənilməz olub. Belə ki, sənət adamı bir sıra musiqi əsərlərinin “erməni xalq musiqisi” kimi təqdim olunmasından şoka düşdüyünü bildirib: “Bizim mədəniyyətlərimiz, hətta görünüşümüz müsəlmanlarla oxşardır və bu iki mədəniyyətin arasına hasar hörmək mümkün deyil, lakin özününkünü dəqiq ayırıb, qarışdırmamaq lazımdır. Mən azərbaycanlıların ifasında muğamı böyük zövqlə dinləyirəm. Lakin muğamın erməni dilində interpretasiyası ürək bulandırır! Bu onların mədəniyyətidir və çox gözəldir. Bizim etdiklərimiz  mədəniyyətlərin çulğalaşması deyil, elementar plagiatdır”.

Məsələ burasındadır ki, biz zaman-zaman ermənilərin nəinki tariximizi və tarixi abidələrimizi öz adına çıxmasına, eyni zamanda musiqimizin, hətta mətbəximizin belə, onlar tərəfindən sözün həqiqi mənasında oğurlanmasına şahid olmuşuq. Üstəlik bu yöndə istər rəsmi səviyyədə, istərsə də ictimaiyyətin təpkisi formasında nə qədər mübarizə aparsaq da, qarşı tərəfin həyasızlığı üzündən ciddi nəticəyə nail ola bilməmişik. Bu səbəbdən hazırda Ermənistanın özündə sağlam fikirli birisinin mətbuatda bu səpkidə cəsarətli etirafı maraq doğurur.  Bütün bu kimi halların isə ölkədə artıq siyasi rejimə etimadın qalmadığından xəbər verdiyi ortadadır.