Erməni generalın məyusluq içərisində etirafı-Azərbaycan əsas məqsədinə nail oldu.

Erməni generalı Arkadiy Ter-Tadevosyan Ermənistan radiosuna müsahibə verib.

Ölkə.az xəbər verir ki, erməni general Azərbaycan ordusunun qarşısına qoyduğu məqsədə nail olduğunu bildirib.

“Mənim fikrimcə erməni KİV-ləri hadisələri düzgün işıqlandırmırlar. Azərbaycanın əsas məqsədi bizim610x380xermeni.jpg.pagespeed.ic.-GXB9T2uEe qüvvələrimizin, qoşunlarımızın harada yerləşməsini, bizim imkanımızın nədən ibarət olduğunu öyrənmək idi. Onlar buna nail oldular. Bu döyüşlər həyata keçirilmiş bir kəşfiyyat idi. Onların sonrakı hədəfi – bütün əldə etdikləri bilgiləri analiz edərək ikinci addımı atmaqdır. Biz onların bu addımına cavab verə bilmədik”, deyə erməni general məyusluq içərisində bildirib.

Xatırladırıq ki, Azərbaycan ordusu son 5 gündə Ermənistanın işğalçı qüvvələrinin Qarabağdakı mövqelərinə ağır zərbələr endirərək, bir neçə yaşayış məntəqəsini və strateji yüksəkliyi ələ keçirib.