Erdoğan ABŞ-A Səslənir

Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ-dan tələb edib ki, Fethullah Gülen ekstradisiya edilsin.

Cənab Erdoğan cümə günü baş verən çevriliş cəhdində cənab Güleni ittiham edir.

İstanbulda keçirilən mitinqdə çıxış edən Türkiyə prezidenti deyib:

  • Pennsylvaniadakı bu zatı artıq Türkiyəyə təslim edin. Əgər biz strateji müttəfiqiksə, o zaman müttəfiqinizin bu tələbini lütfən yerinə yetirin deyirəm. Amerikaya səslənirəm. Siz bizdən hansı türrorçunu istədinizsə biz sizlərə təslim etdik.