Elman İbrahimovun “Xebername.”info verdiyi məlumata görə, 12 iyun 2015 ci ildə Polis İdarəsinə çağrılıb. E.İbrahimovun verdiyi məlumata görə ondan izahat aldıqdan sonra sərbəst buraxilib. E.İbrahimovun bildirir ki, Polis şöbəsinə çağırılmasına səbəb həyat yoldaşı, Vəfa İbrahimovanın ictimai aktivliyilə bağlı olduğunu bildirir: Həyat yoldaşım, İctimai Səhiyyə İnstitutunun sədr müavini olaraq, daim mətbatda və facebook-da tənqidi fəaliyyətlə seçilir. Hüquqi səbəb bu olmasa da, siyasi səbəb məhz onunla bağlıdır. Verdiyi izahatın nə ilə bağlı olduğunu, E.İbrahimov qisa cavab verdi: detallı açıqlama verə bilməyəcəm, düşünürəm ki, bu əlavə problemlərə səbəb ola bilər.
E.İbrhamov bir neçə ay öncə 10 mart 2015 tarixində də, polis şöbəsinə çağrılıb, xəbərdarlıq edilmişdir.