Avqustun 19-da vəkil Nemət Kərimli 1 saylı Bakı İstintaq Təcridxanasında həbs olunan nidaçı Elgiz Qəhrəmanla görüşüb. Elgiz Qəhrəman başına gələnlərlə bağlı vəkilinə danışıbş Bir neçə gün idi həbs olunan fəalla nə ailəsinin, nə də vəkilinin görüşünə imkan verilmirdi.
Nemət Kərimli hazırda Elgiz Qəhrəmanlının özünü normal hiss etdiyini, amma 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülənədək fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirib:
“Elgiz Qəhrəmanlı dedi ki, “Bandotdel”də olduğu müddətdə ona işgəncələr verilib, zorla boynuna cinayət məsuliyyəti qoymaq istəyiblər. Həmin idarədə həbs olunan gün (12 avqust) qolları qandallanıb və Şahlar adında əməliyyatçı cibinə narkotik atıb. Sonra otağa hal şahidləri çağırıb cibimdən narkotiki çıxardılar”.
Elgiz Qəhrəmanlı vəkili ilə görüşdə başına gələnlərin hamısını danışıb. Nemət Kərimli görüşdən sonra deyib ki, müdafiə etdiyi şəxs həbsin birinci günü narkotik ittihamını qəbul etmədiyi üçün BMCMİ-də əməliyyatçılar tərəfindən ağır formada döyülüb. Avqustun 13-də Nərimanov Rayon Məhkəməsində Elgiz Qəhrəman haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib, məhkəmədə siyasi məhbus bütün ittihamları rədd edib. Bundan sonra yenidən “Bandotdel”də gənc fəalı döyüblər. (ardı aşağıda)
