“Eldar Mahmudovun vurulmasına səbəb onun siyasi iddaları oldu”

“Sosxeber.info” saytının baş redaktoru  Murad Həmidovla  maraqlı müsahibə

Aylardır  ki, Azərbaycan bir gərginliyin içərisinə girib. Binəqədidəki yanğından başlayan, Bank işləri, MTN-dəki həbslər, Nardaran olayları ilə davam edən və son günlər ermənilərlə intensivləşən silahlı toqquşmaları da  bura  daxil etsək sanki ölkəmizə bir sui-qəsd ssenarisi tətbiq olunur.

Sizcə, bu hadisələrin bir-biri ilə bağı var, ya sırf təsadüflərdir?28052729_1604071622991621_1943692873_n

– Xeyr, bunlar bir-biri ilə bağlıdır. Tamamilə razıyam ki, Azərbaycan son bir il ərzində çox gərgin bir mərhələyə keçdi. Binəqədidəki bina yanğını təsadüfi deyildi. Təsadüfi yanğın beşmərtəbəli binada, başqa bir binada ola bilərdi. Amma 16 mərtəbəli bir binanın yanması, yandırılması günü Azərbaycanda ATƏT-in təşəbbüsü və iştirakı ilə “Azərbaycanda tolerantlıq” mövzusunda konfrans keçirilirdi. Orada xeyli mühüm “kölgə fiqurları” iştirak edirdi. Bu barədə mətbuat çox geniş yazmadı. Amma mən şəxsən konfrans iştirakçılarının bir hissəsi ilə görüşmüşəm… O zamankı hadisə hamısı Azərbaycana sərt mesajların verilməsinin başlanğıcı idi.

 -Murad bəy nə baş verir ki, böyük güclər Azərbaycana belə sərt mesajlar verir?

– Bunun başlıca səbəbi odur ki, indiki geosiyasi qarşıdurma dönəmində, hansı ki, Ukrayna prosesindən açıq mərhələyə keçdi, tərəflərin hər biri Azərbaycanı öz yanında görmək istəyir.

– Yəni artıq manevr imkanı yoxdur…
– Bəli, manevr imkanı məhdudlaşır, konkret mövqe istənilir. Qərb bunu qapalı şəkildə edir. Məsələn, Riqa sammitinə İlham Əliyevin getməməsinə bir qədər dözümlü yanaşdılar. Amma Qərb Ukraynaya yanaşdığı kimi Azərbaycana yanaşmadı. Qərbin siyasəti həmişə soyuqqanlı olub.
– İndi Qarabağdakı son gərgin vəziyyət bəs nəyin nəticəsidir?
–  Azərbaycana xəbərdarlıq və təzyiqdir. Və ilk dəfə olaraq Azərbaycan ordusu tankları işə saldı. Bu da qarşılıqlı mesajdır ki, biz buna da hazırıq. Təsadüfi deyil ki, bu ərəfədə Türkiyə rəsmiləri ardıcıl olaraq Azərbaycana səfər etdi.
-Murad  bəy MTN-in sabiq rəhbərlərinin həbsi, təmizləmə prosesi ilə bağlı  nə deyə bilərsiniz? 
Eldar Mahmudov və onun dəstəsinin vurulmasının səbəbi siyasət idi. Rəsmi versiyada soyğunçuluq, reketlik və sair göstərilsə də…
– Maraqlı burasıdır ki, artıq bu komandada siyasi  iddialar meydana gəlmişdi. Məsələn, MTN qurumlarından biri, Antiterror Mərkəzinin əməkdaşları və rəhbərləri nəylə məşğul idilər? Media ilə… 48 sayt yaratmışdılar. Bu, bizim hesabladıqlarımızdır. Burda siyasi faktor ortadadır. Çünki media siyasi gücdür həm də. Bütün qərbyönümlü və digər vətəndaş cəmiyyətlərini sıradan çıxarmışdılar. Və ya Qərb ölkələrində öz agenturasına daxil olan insanlardan siyasi mühacir qrupu yaratmışdılar. Hətta onların əli ilə Qərb mətbuatına dövlət başçısı, onun yaxınları haqda ifşaedici məlumatlar da ötürürdülər. Hər halda Azərbaycanın və onun rəhbərinin marağını təmsil etmirdilər.