“Təqsiri olan hər bir şəxs sözsüz ki, məsuliyyətə cəlb olunacaq”.
APA-a xəbər verir ki, bunu birinci vitse-spiker Ziyafət Əsgərov keçmiş MTN şefi Eldar Mahmudovun fəaliyyətinə və onun başçılığı ilə sözügedən nazirlikdə törədilmiş cinayət əməllərinə görə adıçəkilən şəxsin məsuliyyət daşıyıb-daşımadığı ilə bağlı məsələyə münasibətini bildirərkən deyib.
Birinci vitse-spiker deyib ki, E. Mahmudov baş verənlərə görə məsuliyyət daşıyır.
“Bundan sonra hansı cəza tədbirləri görüləcək, bu, məhkəmənin qərarından asılı olacaq”-deyə, o, sözlərinə əlavə edib.