Ehtiyac meyarı 11 manat artırılacaq

Səlim Müslümov “Təbii qaz və elektrik tariflərinin artırılmasından öncə bahalaşdırma imagesqərarının aztəminatlı ailələrə minimum təsir göstərməsini hədəfləyən daxili müzakirələr aparılıb. Bu tədbirlərdən biri kimi, ehtiyac meyarının 105 manatdan 116 manata qaldırılmasının  misal göstərmək olar”. Nazirin sözlərinə görə, təkcə həmin tədbir daha 18 min ailənin ünvanlı sosial yardım almasına yol açacaq: “Eləcə də hər bir ailənin aldığı vəsaitin həcmi artacaq. Məsələn, 4 nəfərlik ailədə bu artım 44 manat olacaq. Tariflərin artmasından ailələrin çəkə biləcəyi zərəri bu yolla kompensasiya etməyə çalışacağıq”.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrulun fikrincə, ehtiyac meyarının 11 manat artırılması yetərli deyil: “Nəzərə alsaq ki, böhrandan sonra alıcılıq qabiliyyəti kəskin aşağı düşüb, əhalinin gəlirlərinin böyük bir hissəsi inflyasiyanın yeminə çevrilib və aztəminatlı ailələr adambaşına ehtiyac meyarı ilə gəlirlərinin fərqindən yaranan hissəsini sosial yardım kimi alırlar, o zaman aydın olar ki, 11 manatlıq artım yetərli deyil”.

Sentyabr ayına olan rəsmi məlumata görə, 135 min 762 ailə (583,8 min nəfər ailə üzvü) sosial yardım alıb. Q.Toğrul bildirir ki, gələn il yoxsul ailə üzvləri sayının 750-800 minə yüksəlməsi realdır.