“APA-Economics” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu EBRD-nin enerji və təbii sərvətlər üzrə direktoru Rikardo Puliti (Riccardo Puliti) bildirib.
R. Puliti deyib ki, EBRD “Cənub Qaz Dəhlizi” layihəsini və onun bütün komponentlərini reallaşdırılmağa başlanan gündən dəstəkləyib.
Bankın bundan “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrinə kredit ayırdığını bildirən direktor bunu əlavə edib: “Hazırda TANAP və TAP-ın maliyyələşdirilməsi üzərində çalışırıq. Lakin hər iki layihə ilə bağlı yekun qərar yoxdur. Layihələrin texniki, hüquqi, maliyyə və ətraf mühitə təsir göstəriciləri xırda detallara qədər incələnir.TANAP və TAP-a müvafiq olaraq 600 və 900 milyon dollar ayırmaq niyyətindəyik. O ki qaldı EITI-nin keçirəcəyi toplantıya, bildiyimiz kimi, bu təşkilat sənaye sahəsində çalışanların şəffaflığına qiymət verir. Biz bu məsələdə Azərbaycanda irəliləyişin olduğunu görürük və bunun davamlı olacağına inanırıq. Qeyd etdiyim məqam bizim qərara təsir edən əsas amillərdən biridir”.
Qeyd edək ki, EITI neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunmuş qlobal standartdır. Azərbaycanın EITI üzrə katibliyi Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) yerləşir. Katibliyin işinə EITI üzrə Komissiyanın sədri, ARDNF-in icraçı direktoru Şahmar Mövsümov nəzarət edir.