Dünyanın ən böyük iqtisadiyyatlarından biri kimi qəbul edilən Hindistanda 2015-2016 maliyyə ilinin ilk rübündə 7 faiz artım qeydə alınıb.
Xebername.info marja.az-a istinadən xəbər verir ki, Ölkənin Mərkəzi Statistika İdarəsinin hesabatına görə, əvvəlki rübdə 7,5 faiz olan iqtisadi artım nisbəti, Aprel-İyun dövrünü əhatə edən ilk rübdə 7%-ə düşüb.
Hesabatda, bu ilin ilk rübündəki böyümə nisbətinin keçən ilin eyni dövründəki 6,7 faiz böyümə faizindən yüksək olduğuna işarə edilib.
Mərkəzi Statistika İdarəsinin hesabatına əsasən, ticarət, nəqliyyat və rabitə sektorlarında böyümə nisbəti əvvəlki rüblə müqayisədə yüksəlib, elektrik, qaz və su kimi dövlət xidmətlərindəki artım nisbəti isə azalıb.
Dünyanın ən sürətli böyüyən iqtisadiyyatları arasında yer alan Hindistanda maliyyə ili, 1 Apreldə başlayıb Martın 31-də başa çatır.
Elgün ORUCLU