Araşdırma materiallarında Azərbaycanın da var
Putinin ətrafı banklar və kölgə şirkətləri vasitəsilə Rusiyadan 2 mlrd dollar vəsait çıxarıb. Belə bir iddia ilə Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumi (ICIJ) çıxış edib. ICIJ-nin aprelin 3-də dərc edilən hesabatında iddia edilir ki, Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafından olan adamlar ofşor şirkətlər vasitəsilə azı 2 mlrd dollar pul köçürüb.
Araşdırma müəllifləri dünyanın dördüncü ən böyük ofşor hüquq firması olan Mossack Fonseka məlumat bazasından “milyonlarla sənəd axınına” istinad edir.
Sənədlərdə Putinin adı keçməsə də, məlumatlar prezidentin dostlarının milyonlar qazandığını göstərir.
Ofşor halqasının yolu Panamadan başlayıb Rusiya və İsveçrədən keçir və Kiprdə qurtarır.
ICIJ-nin istinad etdiyi sənədlərdə əsas diqqət Putinin dostu olan Sergey Rolduqina yönəldilib. Araşdırmaya əsasən, o 100 mln dollardan çox pul toplayıb. Roldıqinin adını Putinə qarşı informasiya hücumunun olacağınını anons edən mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da çəkmişdi.
Ötən həftə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bəyan etdi ki, Putinə qarşı növbəti sensasion informasiya hücumu gözlənilir.
ICIJ-nin dərc etdiyi materiallarda bir sıra dövlət və hökumət başçıları yaxud onların ailələri, tanınmış iş adamları, idmançılar və nüfuzlu şəxslərlə bağlı ofşor hesablarından da söz açılır.
Həmçinin Ukrayna prezidenti Petr Poroşenko, Böyük Britaniyanın baş naziri Devid Kameronun artıq dünyasını dəyişmiş atası, Çin Kommunist partiyasının MK Siyasi Bürosunun üzvləri, İslandiyanın baş naziri Siqmyundyur David Qyunnlyeyqssonın, Azərbaycan prezidenti İlham Əliyevin övladlarının, Misirin keçmiş prezidenti Hüsni Mübarəkin oğlunun, Pakistanın baç naziri Navaz Şərifin övladlarının, FİFA məmurlarının, futbolçu Leonel Messinin maraqları naminə həyata keçirilən əməliyyatlardan söz açılır.
azadlıq.info