İraqın köhnə lideri Səddam Hüseyn rejiminə bağlı ordu, 1990-ci ilin avqustun 2-də Küveytə girdi. Döyüş, İraq ordusunun 25 il əvvəl bu gün 4 Avqustda Küveyti işğalıyla nəticələndi.
ABŞ və müttəfiqləri yeddi ay içərisində Birinci Körfəz müharibəsi ilə Küveyti Səddamın işğalından qurtardı. Ancaq davamında yaşananlar, yalnız bölgənin deyil, dünyanın da taleyini dəyişdirdi.
“BU BÜTÜN MÜHARİBƏLƏRİN ANASI OLACAQ” demişdi
Səddam Küveyti işğalının ardından müdaxilənin yaxınlaşdığını anlayınca 1991-ci ildə “Bu bütün döyüşlərin anası olacaq” deyərək tarixə keçəcək sözünü söyləmişdi.
Mütəxəssislərin Küveyt işğalı ilə bağlı işarə etdiyi hadisələrin inkişafı bu gün bu şəkildə sıralanır:
1-ABŞ “Ürəyindən” VURULDU: Küveyti işğal edən Amerika əsgərlərinin bölgəyə yerləşməsinin ardından Əl-Qaidə terror təşkilatı müharibəni ABŞ torpaqlarına daşıma xəbərdarlığını etdi.
Əl-Qaidə, 11 Sentyabr 2001-ci ildə, 19 hava korsanının qaçırdığı 4 təyyarə ABŞ-da Əkiz Qüllələr və Pentaqon kimi strateji hədəflərə kamikaze hücumlar təşkil etdi. Hücumlarda 2996 adam öldü. Hücumların Orta şərqə bədəli də ağır oldu.
2-İLK QURBAN Əfqanıstan: ABŞ-ın, 11 Sentyabr hücumlarının ardından ilk hədəfi Əfqanıstan oldu. Əl-Qaidənin Əfqanıstanda məkan saldığını ifadə edən ABŞ və İngiltərə orduları buradakı Taliban rəhbərliyinə 7 oktyabr 2001-ci ildə döyüş açdı. Taliban rejimi süqut edərkən on minlərlə vətəndaş və əsgər öldü.
3-Səddamın SONU: Səddam rejimini 11 Sentyabr hücumlarını həyata keçirən Əl Qaidəyə dəstək vermək və kütləvi qırğın silahları inkişaf etdirməklə günahlandıran dövrün ABŞ prezidenti Corc W. Buş, İraqı işğal etmək qərarı aldı. İraqı 24 il idarə edən Səddam rejimi sona çatdı.
Səddam 2006-cı ildə asıldı. Döyüşlə başlayan müqavimətin ardından yaşanan qarşıdurmalarda 1 milyondan çox insan həyatını itirdi. Buşun xələfi Obama 2011-ci ildə rəsmi olaraq müharibənin sona çatdığını açıqladı.
4-İŞİDİN DOĞUŞU: İraqdakı şiə tərəfdarı hökumətlə döyüş halında olan köhnə Səddam rejimindən zabit və idarəçilərin dəstək verdiyi qruplar, Əl Qaidənin İraqdakı qolu İraq İslam Dövlətini qurdular. Təşkilat 2013 Suriya müharibəsiylə birlikdə bu ölkəyə də yayılaraq cihadçı şəbəkəsinin əhəmiyyətli hissəsini tərkibinə aldığı Əl Qaidənin tərkibindən ayrıldı.
2014-cü ildə İraq-Şam İslam Dövləti adını alan təşkilat İraqda Mosul və Suriyada Rakka şəhərlərini alaraq təxminən 100 illik Sykes-Picot sərhədini yıxdı. Küveyt işğalının məhsulu olan işidi tam 24 il sonra İraq və Suriyada sözdə xilafət elan edərkən bölgədəki bir çox tarazlığı də alt-üst etdi.
5-İRANIN qarşısı alına bilməyən yüksəlişi: Küveyt işğalının dolayı nəticələri olan Əfqanıstan və İraqın işğalı devrilən rejimlərlə problemli olan İranın önünü açdı. İran bölgə daxilində xüsusilə də İraqda yeni qurulan şiə ağırlıqlı rejim üzərindəki fəaliyyətini artırdı. Bəzi mütəxəssislərə görə, yaranan yeni tarazlıq İranın Qərblə nüvə mövzusunda qısa müddət əvvəl etdiyi Vyana sazişini da qaçınılmaz etdi.
Mətləb BALAKİŞİYEV