Donald Trump” Müsəlmanlara qarşı deyil,terrora qarşıyam”.

Donald Trump proqnozların əksinə olaraq ilkin seçkilərdə qələbə qazanıb.

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə ehtimal olunan namizəd Donal Trump müsəlmanları polislə əməkdaşlığa və [cinayətkarları] “təslim etməyə” çağırıb.

Britaniyanın İTV kanalına müsahibəsində Trump deyib ki, o, müsəlmanlara qarşı deyil, “terrora qarşıdır”.

O, həmçinin Britaniya baş naziri David Cameron-un, onu müsəlmanların ABŞ-a girişinə qadağa çağırışına görə “axmaq, bölücü və səhv” adlandırmasına da cavab verib.

Cənab Trump bu çağırışı keçən il, hələ partiyasının öndə gedəni olmadığı zaman etmişdi.

Daha sonra o deyib ki, prezident olmadığı üçün, “dedikləri sadəcə təklifdir”.

Lakin o iddia edir ki, onun müsəlmanların Amerikaya girişinə qadağa çağırışı sadəcə siyasətçilər tərəfindən tənqidlə qarşılanıb və dünyada milyonlarla insan “Donald Trump-ın doğru olduğunu” deyir.

Bir sıra yüksək rütbəli Respublikaçı siyasətçi onu dəstəkləməkdən imtina edib. Partiyadan prezidentlik yarışında iştirak edən digər rəqibləri namizıədliklərini geri götürüblər.

Demokratlar Partiyasından isə Hillary Clinton rəqibi Bernie Sanders-i üstələyir.