Dollar əmanətlərinin qəbulu dayandırıldı

us-dollar-usd-exchange-rates-12-560x260Azərbaycanın bəzi kommersiya bankları ikinci dəfə dollar əmanətləri üzrə faiz dərəcələrini aşağı salmağa başlayıblar.

Xebername.info “Marja”-ya istinadla bildirir ki, artıq AccessBank, Azərbaycan Beynəlxalq Bankı, Unibank, Bank of Baku, Bank VTB Azərbaycan dollar əmanətləri üzrə faiz dərəcələrini xeyli endiriblər. Dollar əmanəti üzrə minimum faizi dərəcəsini (əsasən 1 illik), AccessBank 1-2%-ə, Azərbaycan Beynəlxlaq Bankı 2.25%-ə, Unibank 0,5-1%-ə, Bank of Baku 0,5%-ə, Bank VTB Azərbaycan 1,7%-ə endirib.

KapitalBank, ümumiyyətlə, 11 ayadək müddətinə dollar əmanətlərini qəbul etmir. Müddətli dollar əmanətləri minimum 12-24 aylıq yerləşdirilməlidir. Bu halda 3% gəlir təklif olunur. Müddətsiz dollar əmanətləri üzrə isə faiz dərəcəsi minimum 1%-dir.

Azərbaycan Beynəlxalq Bankı isə 9 ayadək müddətə dollarada əmanət qəbul etmir.

Bir sıra banklar isə 4-6 ayadək dollarda əmanətlər götürmürlər.

Ümumiyyətlə, adı çəkilən banklarda ən yüksək əmanət qəbulu müddətləri olan 36-60 aylıq dollar əmanətləri üzrə faizlər 5,5%-i keçmir.

Ekspertlər bildirirlər ki, bankların belə qərar qəbul etməkdə məqsədləri dollarlaşmanı aşağı salmaqdır.

Qeyd edək ki, İyunda da Azərbaycanın bəzi bankları dollar əmanətləri üzrə faiz dərəcələrini 12-16%-dən 3-8 faiz intervalına endirmişdilər.

Elgün ORUCLU