Qambiyanın keçmiş prezidenti, seçkiləri uduzsa da hakimiyyətdən getmək istəməyən, nəhayət, bir neçə gün qabaq ölkədən qaçmağa məcbur olan Yahya Camme ilə birlikdə dövlət xəzinəsindən 11 milyon dollar da yoxa çıxıb. Bunu yeni prezident Adama Barrovun müşaviri Mai Ahmad Fatti deyib.
Mai Ahmad maliyyə ekspertlərinin yoxa çıxmış məbləği dəqiqləşdirməyə cəhd etdiklərini əlavə edib.
Camme ölkəni tərk edərkən, gecə dəbdəbəli avtomobillərin və digər əşyaların Çadın yük təyyarəsinə yükləndiyi görünüb.
Camme 22 il hakimiyyətdə olduqdan sonra şənbə günü təyyarə ilə mühacirətə gedib.
O seçki nəticələrini qəbul etməkdən imtina etmişdi, lakin hərbi müdaxilə təhdidi və regional liderlərin vasitəsi ilə ölkəni tərk etməyə qərar verib.
Prezident Barrov hələ də qonşu ölkə Seneqaldadır və Qambiyaya nə vaxt dönəcəyi aydın deyil. Lakin onun gəlişinə hazırlıq üçün Qərb Afrika qüvvələri Qambiyanın paytaxtı Bancula bazar günü daxil olublar. Dövlət Evinin qarşısında yığılan izdiham binanın əsgərlər tərəfindən nəzarətlə alınmasını sevinclə qarşılamışdı.
Beş Afrika ölkəsinin birgə qüvvəsini idarə edən seneqallı general onların “əhalinin təhlükəsizliyini təmin etmək və cənab Barrowun vəzifəsini icra etməsinə şərait yaratmaq üçün strateji nöqtələri” idarə etdiklərini deyib.
Prezidentin müşaviri Fatti Senqalın paytaxtı Dakarda jurnalistlərə Qambiyanın maddi qalmaqalda olduğunu deyib: “Dövlət xəzinəsi demək olar ki, boşdur. Bu, maliyyə nazirliyinin və Qambiya Mərkəzi Bankının mütəxəssisləri tərəfindən təsdiqlənib”.
O deyib ki, Camme son iki həftə ərzində ölkədən 11 milyon dollar çıxara bilib.
Fatti deyib ki, rəsmilərə Qambiyanın əsas aeroportundan Cammenin əşyalarının ölkədən çıxarılmasına imkan verməmək dair göstərişi verilib.