“Digər siyasi məhbuslar da dərhal azad edilməlidir” – “Freedom House” bəyanat verdi

mark-lagon-frhouse-president“Freedom House” beynəlxalq insan haqları təşkilatı araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsdən buraxılmasına münasibət bildirib. Təşkilatın prezidenti Mark Laqon bəyan edib ki, Xədicə İsmayılın azad edilməsi və ailəsinə qovuşmasından məmnundurlar. Lakin jurnalistə qarşı bütün ittihamlar ləğv edilməlidir. “Azərbaycan hökuməti beynəlxalq öhdəliklərinə hörmət etməyi həqiqətən də özünə borc bilirsə, digər çoxsaylı siyasi məhbusları, o cümlədən jurnalist Seymur Həzini, bloqçu İlkin Rüstəmzadəni və siyasi fəal İlqar Məmmədovu dərhal azad etməlidir”, – deyə bəyanatda vurğulanır.