Hakimiyyət nümayəndələri konstitusiyaya dəyişikliklik edib, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması təşəbbüsünü qəribə arqumentlə müdafiə edirlər. Bildirirlər ki, 5 il tez gəlib keçir, prezident öhdəsinə götürdüyü işləri görməyə vaxt çatdırmır. Demokratik ictimaiyyətdə ironiya doğuran bu arqumentə AXCP sədri Əli Kərimli də münasibət bildirib. O, feysbuk səhifəsində yazıb:
Deyir, 5 il az vaxtdır, bir iş görmək olmur. Bəs 13 il necə, yenə azdır? İlham Əliyev 13 il hakimiyyətdə olandan sonra demədi ki, daha Qarabağla bağlı mənasız danışıqlarda iştirak etməyəcək? Bu bəyanat onun Qarabağ siyasətinin iflasının etirafı deyildi? Bəs “nefti unudun” söhbəti neft strategiyalarının iflası demək deyil? 2.5 dəfə kiçilmiş büdcə 13 illik “analoqsuz” inkişafın iflas göstəricisi deyil?