Ölkə bahalaşmanın yaratdığı aqressiyaya bürünüb. Toplum qəzəbli və narazıdır; Əhali sosial şəbəkələrdə, çayxanalarda, işlədiyi kollektivlərdə qaz və işığın qiymətinin artırılmasına etirazını bildirir…
Deputatların vəzifəsi xalqın yanında olmaq, hökumətin qüsurlarını dilə gətirməkdir. Amma mandat sahiblərinin əksəriyyəti hökuməti mədh edir, bahalaşmaya haqq qazandırır.
Onlardan biri də deputat Rüfət Quliyevdir. ” Kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək.
Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək.
R.Quliyev özünü təkzib etməklə məşğuldur. Deputat deyir ki, əhalinin çoxunun “kombi”si yoxdur. Millət vəkili iqtisadi idarəçiliyi ifşa edir. Hökumətin yaratdığı vəziyyət nəticəsində evlərdə “kombi” olmadığını, camaatın donduğunu dilə gətirir.”