“Deputatların,hamısı özünü reklam etməklə məşğuldur”.

“Ünvanlı sosial yardım sistemində Səlim Müslümov xeyli iş gördü, bu prosesi elektronlaşdırdı, güc-bəla ilə rüşvətxorluğa son qoydu”.1481134684_6

Oqtay Haqverdiyev parlamentin Sosial siyasət komitəsinin üzvü Musa Quliyevin ünvanlı sosial yardımın ləğv olunaraq digər sosial ödənişlərə əlavə edilməsi təklifinə münasibət bildirərkən sərt danışıb: “İndi hər yerindən qalxan bir təkliflə çıxış edir. Necə bəyəm ünvanlı sosial yardım ləğv olunsun? İndiki zəmanədə belə bir addım atmaq olmaz. Bu deputatların çıxışlarını izləyirəm, hamısı özünü reklam etməklə məşğuldur”.