Deputatdan jurnalistlərə qadağa…

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək komitə iclasına  yalnız AZTV, İTV, “AzərTac” və “Azərbaycan” qəzetinin müxbirləri dəvət olunub.images (17)

Layihənin müzakirəsində parlamentdə akkreditə olunmuş jurnalistlərin də iştirakı gözlənilirdi.Müzakirəyə yalnız rəsmi medianın buraxılmasının  maraqlı səbəbləri var.Ehtimal olunur ki, iclasa ancaq dövlət informasiya resurslarının dəvət olunması komitə sədrinin tapşırığıdır. O öz dilindən çıxan informasiyaların mətbuatda rezonans doğurmasından ciddi şəkildə narahatdır. Ona görə də yalnız rəsmi informasiyaların mətbuatda dərc olunmasını istəyir.

Belə ki, bir müddət əvvəl müəllimləri dərsdən sonra bənna işləməyi tövsiyə etməsi, Qarabağ müharibəsi iştirakçılatına təqaüd verilməməsi haqda səsləndirdiyi fikirlər böyük qalmaqala səbəb olmuşdu. Son olaraq isə “Köçkünlər pəncərəni açıq qoyurdu” ifadəsini səsləndirməsi sosial şəbəkələrdə ciddi tənqid edilir.

Parlamentin payız sessiyasında da spiker Oqtay Əsədov Hadı Rəcəbliyə mətbuata az çıxmağı tövsiyə etmişdi. Elə o müddətdən bəri Hadı Rəcəbli xüsusi olaraq saytlara və telekanallara müsahibə vermir.