Deputat ölkədə iqtisadi vəziyyətin çılpaq mənzərəsini etiraf edib.

“Ötən 9 il ərzində 2008-ci ildən bəri davam edən iqtisadi böhrandan yalnız bu il baş verən böhranı hiss etmişik”
Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki.  Mərkəzi Bankın idarəolunan məzənnə rejiminin manatın məzənnəsində əhəmiyyət olub: “Cari ildə 2016-cı ilin əvvəli ilə müqayisədə manat cəmi 11 faiz ucuzlaşıb. %d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-7

Bu ilin yekunlarını nəzərə alsaq, ölkə iqtisadiyyatı qlobal çətinliklərə və yenidən balanslaşdırma proseslərinə baxmayaraq davamlılıq və dayanıqlıq nümayiş etdirir”.

E.Rüstəmov deyib ki, 2016-cı ildə Azərbaycan Mərkəzi Bankı manatın məznnəsinin saxlanması üçün 6 milyard dollar həcmində pul kütləsi sərf edib. Mərkəzi Bankın sədri deyib ki, sərt pul siyasəti gələn il də davam etdiriləcək.

E.Rüstəmov bildirib ki, üzən məzənnəyə keçidlə əlaqədar pul siyasətinin lövbərini dəyişərək pul kütləsinin və bazasının hədəflənməsinə keçilib: “Bunun üçün 2017-ci ildə də sərt pul proqramı hazırlanıb və reallaşdırılacaq.

Əsas məqsəd artıq pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin, inflyasiyanın yüksəlməsinin qarşısını almaqdır”.

Deputat Ziyad Səmədzadə iqtisadi fəallığın artırılmasının vacibliyini söyləyib: “Təbii ki, yoxsulluq, işsizlik var. Bunun azaldırlması istiqamətində işlər görülür. Pensiyalar , əmək haqqı artmalıdır.

Bunun üçün iqtisadi fəalllıq artırılmalıdır. İqtisadi fəallığın azaldılması nəzərə alıb təkcə dövlət deyil, özəl sektorun hesabına tikintinin canlandırılmasına nail olmalıyıq. Hazırda tikintidə çalışanların sayı 300 min nəfərdir”.

Beləliklə, baş bankir və deputat ölkədə iqtisadi vəziyyətin çılpaq mənzərəsini etiraf ediblər. Onlar təsdiqləyiblər ki yoxsulluq da var, böhran da, işsizlik də.

Hökumət ilk dəfə Azərbaycandakı iqtisadi inkişafın dayandığını dolayısı iləbəyan edir. Ancaq indi vəziyyətdən çıxış imkanları tapılmalıdır.

Lakin baş bankirin sözlərindən belə aydın olur ki, 2017-ci il də ağır keçəcək. Üstəlik, sərt pul siyasəti kursu saxlamaq üçün əlavə pul itkisi deməkdir. İstənilən halda manatın ucuzlaşması və dolların bahalaşması davam edəcək.