Deputat Meydan TV və “Sancaq” dövlət rəhbərinə qarşı cəfəng məlumatlar yayımlamaqda ittiham edir.

“Sancaq production”ın rəhbəri, bloqqer Mehman Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu barədə bloqqerin özü “Facebook” səhifəsində yazıb: “Bir az var mənə zəng edib deyiblər ki, saat 5-də Bakı Şəhər Baş Polis İdarəsində olum. Mətbuat xidmətin rəhbəri mənimlə görüşüb, söhbət eləmək istəyir. Gedək görək nə deyirlər yenə”.

Bu gün Milli Məclisin keçirilən plenar iclasında Yeni Azərbaycan partiyasının deputatı Məlahət İbrahimqızı Meydan TV və “Sancaq” səhifələrində dövlət rəhbərinə qarşı cəfəng məlumatlar yayımlamaqda ittiham edib.