Dekabrın 4-ü saat 18 radələrində “Günəşli” neft yatağının 10-cu platformasında qaz sızması nəticəsində güclü yanğın baş verib.

Новый рисунок (1)NHMT sədri Mirvari Qəhrəmanlı aldığı üzücü xəbəri feysbuk səhifəsində paylaşıb: “10cu blokdan aldığım məlumata görə, 84 nəfər olub3 nəfər yaşayış blokunda sağdı. 36 nəfərlik qayıq cırılıb, oradan 4 nəfər xilas edə biliblər, onun da 1-i gəmidə rəhmətə gedib. 32 nəfər itkin duşub. İkinci qayıqda 46 nəfər var. Hələ də qayıq sallaq vəziyyətdə svaylara çırpıla-çırpıla qalıb. Qayıqlar estakadaya bağlı vəziyyətdədirlər”.

Bədbəxt hadisə barədə ans-ə “Neftçilər” xəstəxananın baş direktorunun müavini Nadir Mehdiyev məlumat verib. Onun sözlərinə görə, yaralı neftçilərdən 22-si ambulator, 7-si isə stasionar müalicəyə götürülüb.

“Günəşli” yatağındakı baş vermiş qəza ilə əlaqədar SOCAR, FHN və Respublika Baş Prokurorluğu birgə məlumat yayıb. Məlumatda qeyd olunur ki, “respublikamızda hava şəraitinin kəskin dəyişməsi dənizdə neft-qaz əməliyyatlarının həyata keçirilməsində ciddi çətinliklər yaradıb. Dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənmiş, dalğaların hündürlüyü 9-10 metrə çatıb. Saat 17.40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib.

Yanan platformadakı neftçilərin Zığ limanına götiriləcəyi deyilmişdi. Buna görə də neftçilərin yaxınları və ailə üzvləri Zığ limanına toplaşıblar. Lakin onlar qəfildən xəbər tutublar ki, platformadan gətirilənlər xəstəxanalara aparılır. Limana toplaşanlar maşınların qarşısını kəsməyə çalışıblar. Məlumatı hadisə yerində olan jurnalist İzolda Ağayeva feysbuk səhifəsində paylaşıb: “Zig limanındayıq. Ailələr təbii olaraq bizə hücum edir. Yalan yazırsız deyirlər. SOCAR rəsmilərindən heç kim yoxdur burda. İnsanlar ölülərini və yaralılarını gözləyirlər. Amma birdən-birə onlara “xəstəxanaya gedin” deyib, yaralıları təcili yardımlarla apardılar. Ailələr SOCAR-ın və təcili yardım maşınlarının qarşısını kəsdilər. Maşınlar yoluna davam etdi. Ailələr kameraya danışmırlar. Səviyyəsiz jurnalistlər ucbatından jurnalistə inam qalmayıb. Hamınız “satılmısız” deyirlər. “Ölən yoxdur yazırsız” deyirlər. Amma bizimkilər ölüb deyə fəryad edirlər. İçi parçalanır insanın. Xəstəxanaya gedirik”, – deyə jurnalist qeyd edib. Hadisə baş verən zaman özüldə 63 nəfər olub. Onların böyük əksəriyyəti hadisə zamanı ehtiyat qayıqlara toplaşıblar.

Hadisə ilə bağlı “Azneft” İstehsalat Birliyində yaradılmış operativ qərargahdan verilən məlumata görə, indiyə qədər qayıqlardan və platformadan 32 nəfər xilas olunub, bir nəfər isə həlak olub. Günəşli yatağının 10-cu dərin dənz özülündə baş verən yanğından xilas olanlar hazırda Zığ limanına gətirilir.

 

SOCAR-ın rəsmi məlumatında deyilir: “Dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olmuşdur. Ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılmışdır. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasisi ilə təxliyyə işləri həyata keçirilir. Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb“.

Sosial şəbəkələrdəki müzakirələrdə məlumatlar paylaşılır ki, platformanın xeyli hissəsi yanıb. İşçilərlə əlaqə kəsilib. İşçilərin kiçik qayıqlarla xilas olmasını dənizdəki güclü dalğalar çətinləşdirir. İşçilərin platformadakı vertalyot meydançasına yığıldığını, amma gəmilərin onalrı götürmək üçün platformaya yan ala bilmədiyi də deyilir.

Mətləb Balakişiyev