23 sentyabr 2021-ci il tarixində Almaniyanın Berlin şəhərində DAS təşkilatının bir qrup fəalları Azərbaycanda siyasi məhbusların azadlığı və xarici ölkələrdə bir neçə siyasi aktivistin müəmmalı şəkildə ölməsinə etiraz olaraq aksiya keçirmişlər. Aksiyalar Almaniya Xarici İşlər Nazirliyinin önündə, “Amnestey İnternational” təşkilatının Berlin Ofisi və Azərbaycanın Almaniyadakı Səfirliyi qarşısında aksiya keçirmişlər. Aksiyanın əsas tələbləri “siyasi məhbuslara azadlıq”, “diktatura rejiminin ləğvi”, “söz və ifadə azadlığının ləğvi” və s. olmuşdur.
Aksiyanın təşkilatçılarından biri Taryel Əliyev aksiya barəsində məlumat verərkən bunları bildirmişdir: “Biz mitinqin müraciətlərini həm Almaniyanın Xarici İşlər Nazirliyinə, həm də Amnestey international təşkilatının ofisinə müraciətlərimizi təqdim etdik. Müraciətlərimizdə Azərbaycanda insan hüquqlarının pozulmasından, jurnalistlərin həbsindən, xüsusilə son dövrlər Bəxtiyar Hacıyevə qarşı təhditdən, o cümlədən Niyaməddin Əhmədova qarşı 15 il həbs cəzasının tələbi və Elzamin Salayevə həbsxanada verilən işgəncədən bəhs edilirdi. Biz beynəlxalq təşkilatlardan tələb etdik ki, Azərbaycan hakimiyyətindən tələb edilsin ki:
siyasi məhbuslar azad edilsin;
sifarişli məhkəmə qərarlarına son qoyulsun;
Azərbaycan hakimiyyətinə siyasi azadlıqlar və demokratik dəyərlərin tətbiq edilməsi yönündə çağırışlar edilsin;
İctimai-siyasi fəallara qarşı həyata keçirilən işgəncə, təzyiq və qeyri-insani rəftarın aradan qaldırılması üçün Azərbaycan hakimiyyətinə qarşı sərt addımlar atılmalıdır;
Saxlanma yerlərinə və qapalı müəssisələrə yerli və beynəlxalq hüquq müdafiəçilərinin daxil olmasına şərait yaradılsın;
Eyni zamanda Avropa Şurası, ABŞ, Almaniya Federativ Respublikası və digər dövlətlər Azərbaycanda siyasi repressiyaları həyata keçirən məmurlara qarşı sanksiya tətbiq edilsin.
Mitinqdə daha çox “siyasi məhbuslara azadlıq”, “diktaturaya son”, “istefa” və s. şüarları səsləndirildi.
M.Balakişiyev
24.09.2021