DAS Berlin şəhərində aksiya keçirdi

09 İyul-də DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının fəallarının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində ABŞ-in Almaniyadakı səfirliyinin, Avropa Birliyinin Almaniyadakı nümayəndəliyinın, Almaniyanın Xarici İşlər Nazirliyinın və Azərbaycanın Almaniyadakı səfirliyinin önündə „ “siyasi məhbuslara azadlıq”, “repressiyalara son” tələblərilə mitinq və etiraz yürüşü keçiririblər.

Bu haqqda Xeberbil.info saytına  məlumatı DAS təşkialtının təşkilat şöbəsinin rəhbəri Emin Manafov məlumat verib. Emin Manafovun sözlərinə görə, aksiyasnın məqsədi Azərbaycanda baş verən son hadisələrə diqqət çəkməkdir. “Bildiyiniz kimi, biz əsasən, Azərbaycanda baş verən hadisələri alman cəmiyyətinə çatdırmağa çalışırıq. Məlumdur ki, Azərbaycanda kütləvi şəkildə insan hüquqları pozuntuları baş verir. İctimai-siyasi fəallar və müxalifət partiyaları üzvləri həbs edilir və işgəncəyə məruz qalırlar. Tənqidi münasibətdə olan insanlara qarşı saxta məhkəmə ittihamlarıyla inzibati həbslər və saxta cinayət işləri təşkil edilir. Bütün bunlar siyasi hakimiyyətin sifarişilə həyata keçirilir”.