DAS ANGELA MERKELƏ MÜRACİƏT GÖNDƏRDİ

 

 

1532952224_2

DAS-ın üzvləri xanım Merkelə müraciət göndərdilərDemikratik Azərbaycanı Seç (DAS) ictimai-siyasi təşkilatının bir qrup üzvü Almaniya kansleri Angela Merkelə müraciət ünvanlayıblar. Bu barədə xebername.info-a DAS İdarə Heyətinin əlaqələndiricisi Cavid Cabbarlı məlumat verib.

C.Cabbarlının sözlərinə görə, müraciət 22 avqust aksiyasının məzmunu haqqındadır: “Xanım Metkel 23-25 avqust Cənubi Qafqaza səfər edəcək.

Bu səfər çərçivəsində Vətənimiz Azərbaycana da gedəcəyi planlaşdırılır. Biz səfər öncəsi bəzi məqamları xanım Merkelin diqqətinə çatdırmağı planlaşdırırıq. Bu münasibətlə 22 avqustda Berlində aksiya təşkil edəcəyik. Ümid edirik ki, aksiyamız dövlətimiz və alqımız üçün faydalı nəticələr əldə etməkdə yardımçı olacaq“.

C.Cabbarlı DAS-ın tələblərinə də toxunub: “DAS siyasi məhbusların qeyd-şərtsiz azad olunmalarını tələb edir. Azərbaycanın oliqarx məmurlarına qarşı sanksiyaların qoyulması, kirli pulların yuyulmasında adları hallanan bəzi alman banklarının barəsində ölçü götürülməsi və diktator hakimiyyətlə əlaqələrə yenidən baxılması Kanslerdən istəniləcək.

„Maraqlara görə demokratiya və insan haqlarına qarşı hayqırıya son verin“, tələbi də şüarlarımızdan biridir. Almaiya dünya siyasətində təsir imkanlarına malik dövlətdir. Beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində hər hansı bir formada yardımçı ola bilər. Bu səfər çərçivəsində xanım Merkelin Ermənistana da səfər edəcəyini nəzər alıb, Rusiyanın dəstəyilə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu və Xocalıda azərbaycanlıların soyqırıma məruz qalmalarını Kanslerin diqqətinə çatdırdıq. Biz Avropadan və xüsusən Almaniyadan ədalətli davranmağı, insan hüquq və azadlıqlarına hörmət etməyi, xalqını əzən, səfil gününə qoyaraq, dövlətin büdcəsini talayaraq ofşor ərazilərə daşıyan hakimiyyətlə əlaqələrin kəsilməsini tələb edirik. Demokratiya carçısı olan dövlətlər bizim bu tələbləri normal qarşılamalı və Azərbaycan rejiminə qarşı sərt davranmalıdır“.

Qeyd edək ki, DAS Avropada yaşayan mühacir azərbaycanlılar tərəfindən yeni yaradılmış ictimai-siyasi təşkilatdır. Bu müraciəti təqribən 80 DAS üzvü imzalayıb.