Azərbaycanda daha bir ana və uşaq ölümü qeydə alınıb. 27 yaşlı Günay Həşimova və uşağı həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib. Bu haqda mərhumənin xalası qızı Nigar Dadaşova danışıb. O bildirib ki, Günay Həşimovanın ölümündə günahkar həkimlərdir. Belə ki, hamiləliyinin 6-cı aylında Günay kəskin qarın ağrıları ilə Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Analizin cavablarından sonra məlum olub ki, onun böyrəyində daş var. İki gündən sonra Günay Şəki şəhərinə gətirilib. Vəziyyəti daha da ağırlaşan gəlini bu dəfə Bakıya göndəriblər. Bildirilib ki, onun kor bağırsağı partlayıb və digər orqanları zədələyib. Nəticədə uşaq ölü doğulub. Günay özü isə iyunun 14-də həyatını itirib. “Biz ümid edirdik, o sağalacaq. Yaşamaq istəyirdi özü də. Günayın ölümündə günahkar Şəki şəhər xəstəxanasının həkimi Ruziyə İsmayıl qızıdır. Hər insan səhv edə bilər. Amma həkimə bu hüquq verilmir. O başqalarının həyatı ilə oynayır. Günaya hamiləlik dövründə səhv diaqnoz qoyulub. O səhv müalicə olunub. Günayın və uşağının ölümündə günahkar onlardır” – deyə Nigar Dadaşova bildirib. (gununsesi.info)
Related Posts
Yeni nəsil ictimai fəalların motivasiyası.
- admin
- 22/06/2017
- 0
Niderlan Xarici İşlər Nazirliyinin dəstəyi ilə ölkəmizdə `İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin təşviqi` proqramı […]
Taleh Bağlrzadənin xanımı:”Allah -Təala ona və digər qardaşlarımıza elə bir güc-qüvvət versin ki, onlar zalımın qarşısında əyilməsinlər, sınmasınlar”
- admin
- 21/09/2016
- 0
Taleh Bağlrzadənin xanımı: “Atalarının övladlarının yanında olmamasının bu uşaqların tərbiyəsində gözəl rol oynayacağını düşünürəm” Leyla […]
YAP-dan Xədicə İsmayılın azadlığa buraxılmasına reaksiya
- admin
- 25/05/2016
- 0
“Xədicə İsmayılın şərti cəza ilə azadlığa çıxması adi haldır. Bunu Azərbaycanın hüquq-mühafizə orqanlarının humanist siyasətinin […]