AXCP RH üzvü Fuad Qəhrəmanlı
Ölkədə COVİD-19-a yoluxanların sayı 9 minə çatıb. Bəs nədən virus aşkarlanmış şəxslər xəstəxanalara qəbul edilmir? Xəstəxanalara müraciət edənlərə birmənalı olaraq yer yoxdur deyilir. Halbuki rəsmi məlumata görə ölkədə 563 xəstəxana, 44 mim çarpayı var. Bu qədər yer sayına görə, 9 min xəstəyə nəyə görə yer olmasın ki?
Belə çıxır ki, yer sayı ilə bağlı deyilən rəqəmlər doğru deyil, ya da xəstələrin sayı deyiləndən qat-qat artıqdır ki, yenilərin yerləşdirmək mümkün deyil.
Başqa bir problem də süni nəfəs aparatlarının sayı ilə bağlıdır. Pandemiyanın olduğu bütün ölkələrdə, Səhiyyə Nazirliyi ilk növbədə görülən işlər içərisində nə qədər süni nəfəs aparatı alındığı barədə cəmiyyətə məlumat verir. Bu aparatlar, xəstəliyi kritik həddə çatmış insanları boğulmaqdan xilas edib həyata qaytarmaq üçün tək çarə hesab olunur. Bizdə isə aparatların sayı ilə bağlı məlumat məxfi hərbi sirr kimi gizlədilir. Xatırlayırsınızsa, fevral ayında dövlət rəsmləri bildirirdilər ki, ölkəyə 200 süni nəfəs aparatı gətirilib. Ancaq bu yaxınlarda, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının bu sahə ilə məşğul olan həkimi açıqladı ki, bu aparatların sayı cəmi 6 ədədir. Sonradan bəlli oldu ki, Avropa öllkələrində qiyməti 150 min dollara olan bu aparatın biri ölkəmizə 6 milyona başa gəlib. Dəyərindən 40 dəfə baha sənədləşdiriblər. Yəni 160 nəfəs aparatı yerinə, 6-nı alıb gətriblər. Ona görə də indi bu yeyintini gizlətmək üçün, süni nəfəs apatatlarının sayı barədə məlumatlar gizli saxlanılır. Can çəkişən xəstənin ölümü hesabına pul qazanmaq, təkcə korrupsiya deyil, bu həm də insan həyatına açıq qəsddir.
Dəfələrlə demişik, görülən işlərlə, hazırlıqlarla bağlı şəffaflığın, ictimai hesabatlılığın olmaması, hökumətin səhv qərarlarlnın, məsuliyyətsizliyinin və korrupsiyanın əsas səbəbidir. Ona görə də hökumətin öz gözündə tiri görməyib xalıqı ittiham etməsi, yarıtmaz işə görə məsuliyyətdən yayınmaq cəhdidir.