Çinin Yançjou şəhrinin (Tszyansu vilayəti) sakini iPhone 6S almaq üçün böyrəyini satmaq qərarına gəlib.
Xebername.info xəbər verir ki, bu barədə China Daily yazıb.
Qeyd edilir ki, U (Wu) soyadlı kişiyə bu ideyanı dostu Huan verib.
Onlar internetdə qanunsuz orqan alan agenti tapıblar. O, U dan Nankin şəhərində tibbi baxışdan keçməyi xahiş edib. Onlar elə həmin xəstəxanada agent ilə görüşməli idilər, amma agent görüşə gəlməyib.
Bundan sonra U böyrəyini satmaq barədə fikrini dəyişib. Bu barədə dostuna danışıb, o isə sövdələşməni ləğv etmək istəməyib və U polisə müraciət edib. Hüquq-mühafizə orqanı əməkdaşları gizlənən Huanı operativ şəkildə saxlaya bilməyiblər.
Onu da qeyd edək ki, Çində belə hal ilk dəfə deyil baş verir.
2013-cü ilin oktyabrında Şanxaydan olan cütlük qızlarını sataraq əldə etdikləri pula iPhone aldıqları xəbər verilmişdi. O, zaman işsiz cütlük uşaqlarını satmaq barədə elanı internetdə doğuşdan bir qədər əvvəl yerləşdirmişdilər.
Elnur OEUCLU