“Cinayəti qaçqınların hamısına aid etmək doğru olmaz”.

Almaniyaya sığınan bir miqrantın törətdiyi cinayəti qaçqınların hamısına aid etmək doğru olmaz.
Bu barədə Almaniya kansleri Angela Merkel bazar ertəsi “ARD” telekanalında çıxışı zamanı bəyan edib.
Kansler çıxışı zamanı 19 yaşlı tələbə qızın qətlə yetirilməsinə münasibət bildirib.
“Əgər əfqan qaçqının bu cinayəti törətdiyi sübut olunsa, o da digər qatillər kimi layiqincə  cəzalandırılmalıdır. Lakin, bu bütöv bir insan qrupundan üz döndərmək üçün bəhanə ola bilməz”,-deyə Angela Merkel vurğulayıb.
Kansler qeyd edib ki, gənc qızın qətli bir faciədir. Hadisə ilə bağlı araşdırma aparmaq və bu barədə açıq danışmaq lazımdır.