“Çinar Cəbrayıl” ilk oyununa çıxacaq

Azərbaycanda futzal futbola nisbətə daha uğurlu idman sahəsi sayılır. Mini futbol kimi də, tanıdığımız bu idman növündə uğurlarımız da, var. Məhz, elə bunun nəticəsidir ki, ölkəmizdə son illərdə gənclər arasında futzala maraq daha geniş yayılıb. Belə ki, futzal üzrə ölkə çempionatı “Premiyer Liqa”, “1-ci Liqa” və “2-ci Liqa” olmaqla, 3 müxtəlif liqdən ibarətdir ki, bu liqalarda müvafiq olaraq 8, 18 və 20 komandalar medallar uğrunda mübarizə aparır.

cinar-cebrayil

Müxtəlif bölgələri və şirkətləri təmsil edən bu komadalar arasına növbəti mövsümdən Cəbrayıl rayonunun da, komandası qoşulacaq. Əldə etdiyimiz məlumata görə, komanda futzal üzrə ölkə çempionatının 2-ci liqasında “Çinar Cəbrayıl” adı altında çıxış edəcək. Debütant ilk oyununu həftə sonu, 11 sentyabrda saat 13:00-da Bakı Əl Oyunları İdman Sarayında “Sovetski” futzal klubuna qarşı keçirəcək.

Turun digər oyunları:

12.00 İtaldizain – Avanqard

13.00 Çinar Cəbrayıl -Sovetski

14.00 RR Club – Baku Fire

15.00 Bayker – Atletiko Baku

16.00 Biləsuvar – FK İT

17.00 Obolon – Qaradağ Lokbatan

18.00 Sirab – Ulduz

19.00 Verdant – Təbriz

20.00 Altay – Kərki

21.00 Baku Juniors – Tim sport

Turun digər oyunları və turnir cədvəli haqqında məlumatları, www.futsal.az saytından əldə edə bilərsiniz.