Çin hökümətindən İbrahimoviçə fantastik təklif: 75 milyon avro!

Fransanın PSJ klubunun və İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç Çində oynamağa razılıq versə, o zaman dünyanın ən çox gəlir əldə edən futbolçusu olacaqfghyuiop
Piasport.az-ın məlumatına görə, bu haqda İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.
Transferlərə xərclədiyi böyük məbləğdə pullarla diqqəti özünə çəkən Çin superliqasının İbrahimoviçi özünün siması etmək istədiyi bildirilir.
Qəzet iddia edir ki, əgər İbra Çində oynamağa razılıq versə, o zaman bir il üç fantastik məbləğ – 75 milyon avro qazanacaq ki, bu da rekord göstəricidir. Hələlik isveçli hücumçunun hansı klub üçün təklif edildiyi açıqlanmır.
Yalnız məlum olan budur ki, 34 yaşlı futbolçunu superliqaya Çinin hakimiyyəti cəlb etmək istəyir.
Qeyd edək ki, bu mövsümün sonu İbrahimoviç hazırda çıxış etdiyi PSJ-dən ayrılacağını açıqlayıb.(Qol.az)