C.Həsənli “Xalqın hərbi çevirilişə “yox” deməsi Türkiyənin çox böyük uğurudur”

                    Tarixçi Cəmil Həsənli düşünür ki, hakimiyyətin hərbi yolla çevrilməsinə cəhd “uğurlu addım deyil”. Türkiyənin tarix boyu yaşadığı əvvəlki cevrilişlərlə müqayisə edən tarixçi, xalqın güc nümayiş etdirərək hərbi çevrilişə “yox” deməsini “Türkiyənin çox böyük uğuru” adlandırır.

Cənab Həsənli qətiyyətlə çevrilişə cəhdin “qurama olmasına inanmır”.

“Biz çevriliş cəhdi ilə bağlı üzdə olan məsələləri bilirik. Bu hərbi çevriliş cədhinin alt yapısında olan məsələləri ətraflı bilmirik. Istənilən halda seçki yolu ilə seçilmiş hakimiyyətin uzaqlaşdırılması və hərbi hakimiyyətin qurulması həm ölkənin özü və region üçün yaxşı şey vəd etmir.”

Baş verən hadisələrin içində “Türkiyənin 3 böyük komutanlığı var” deyən tarixçi onların kifayət qədər nüfuzlu hərbçi və general olduğunu qeyd edərərk “bunlar niyə rol oynamalı və öz həyat və karyerasını bu oyna qurban verməlidir” sualını verir.