Dostlar! Bu gün Qarabağ cəbhəsində atəşkəs pozulub. Müdafiə nazirliyinin rəsmi məlumatına görə düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb. Biz düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Allah vətən uğrunda döyüşlərdə canlarını fəda etmiş şəhidlərə rəhmət eləsin. Eyni zamanda Nazirliyin məlumatına görə döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya və mühəndis qurğuları məhv edilib, düşmən böyük sayda canlı itki verib.
Related Posts
Şahvələd Çobanoğlundan – Bakıya buraxılmayan qurultayın uğuru
- admin
- 29/09/2015
- 0
Bu qurultay rejimə və onun kölgəsində baş girləyənlərə çox yaxşı cavab idi AXCP növbəti qurultayını […]
“Hökumətin Bakının tarixi irsinə bu hörmətsizliyinə heç kim və heç vaxt haqq qazandıra bilməz”.
- admin
- 08/06/2016
- 0
Əli Kərimli “Dünyada tarixi mədəni sərvətlərinə hörmətlə yanaşan dövlətlərdə tarixi abidələri qorumaq üçün artıq […]