Cəbrayıl komandası Azərbaycan Çempionatında

Azərbaycanda futzal futbola nisbətə daha uğurlu idman sahəsi sayılır. Mini futbol kimi də, tanıdığımız bu idman növündə uğurlarımız da, var. Məhz, elə bunun nəticəsidir ki, ölkəmizdə son illərdə gənclər arasında futzala maraq daha geniş yayılıb. Belə ki, futzal üzrə ölkə çempionatı “Premiyer Liqa”, “1-ci Liqa” və “2-ci Liqa” olmaqla, 3 müxtəlif liqdən ibarətdir ki, bu liqalarda müvafiq olaraq 8, 18 və 20 komandalar medallar uğrunda mübarizə aparır.

Cinar-FUTSAL-11

Müxtəlif bölgələri və şirkətləri təmsil edən bu komadalar arasına növbəti mövsümdən Cəbrayıl rayonunun da, komandası qoşulacaq. Əldə etdiyimiz məlumata görə, komanda futzal üzrə ölkə çempionatının 2-ci liqasında “Çinar Cəbrayıl” adı altında çıxış edəcək. Komandanın rəhbəri Elnur Oruclunun bildirdiyinə görə, hər hansı problemlər olmasa komandanın liqada iştirakı dəqiqdir. Klub rəhbərinin verdiyi məlumata görə komandanın liqada iştirakı üzümüzə gələn həftə rəsmiyyət qazana bilər.