Beynəlxalq Valyuta Fondunun (BVF) prqonozalarına görə, qarşıdakı yarım ildə Ermənistanın iqtisadi artım tempi 3,5 faizi keçməyəcək.
Ermənistan Azərbaycanı ötəcək, Gürcüstandan geri qalacaq. Beynəlxalq Valyuta Fondunun proznozlarıl belədir
Qurumun bugünlərdə açıqlanmış hesabatında qeyd olunur ki, Ermənistan 2016-cı ili ümumdaxili məhsulun bu ölkədə (ÜDM) artımına görə 3,2 faiz həddində başa vura biləcək. Ancaq BVF mütəxəssisləri 2017-ci ilə ÜDM-in 3,4 faizə çatacağını proqnozlaşdırırlar.
Qurumun ekspertləri daha uzun perspektivdə, yəni 2021-ci ilə kimi Ermənistanda ümumdaxili məhsulun artımının davam edəcəyini gözləyirlər. Bu rəqəmin 4 faizə çatacağı bildirilir.
Həmin göstəriciyə gö rə Ermənistanın yaxın illərdə Azərbaycanı qabaqlamaqda davam edəcəyi ehtimal edilir. Hərçənd Ermənistanın başqa bir qonşusu Gürcüstandan geri qalacağı proqnozlaşdırılır.
Azərbaycanın göstəricilıəri kədərləndiricidir
Hesabat müəlliflərinin fikrincə, 2016-cı ilin nəticələri Azərbaycan iqtisadiyyatı üçün yetərincə kədərləndiricidir. Bütün il ərzində Azərbaycanda real ÜDM-in 2,5 faizədək aşağı düşməsi müşahidə olunacaq. Növbəti ildə Azərbaycanda iqtisadi artımın 1,4 faiz təşkil edəcəyi gözlənir.
Beynəlxalq Valyuta Fondunun ekspertləri Azərbaycanın qarşıdakı beş ildə də Ermənistandan geridə qalacağına əmindirlər. Onların proqnozlarına görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatının artım həddi 3,2 faiz olacaq. Halbuki, yuxarıda qeyd etdiyimiz kimi həmin müddətdə qonşu Ermənistanda iqtisadi artımın 4 faiz həddində olacağı gözləniləcək.
Gürcüstan qonşularını qabaqlasa da…
Gürcüstanda da göstəricilərin çox da yüksək olmayacağı proqnozlaşdırılır, hərçənd qonşularının fonunda onun göstəriciləri daha yaxşı olacaq. Fondun ekspertləri əmindirlər ki, növbəti ildə Gürcüstanda ümumdaxili məhsulun real artımı 5 faizi ötəcək. Fondun proqnozuna görə, qarşıdakı 5 ildə Gürcüstanda artım göstəricisi 4,8 faiz təşkil edəcək.