“Bura Avropadır bəyəm?”Hakim Mayıl Bayramov

Dekabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin müavini olmuş Elçin Qasımov və digər 11 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.images-cms-image-000029659

Hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda Elçin Qasımov və Seyfəddin Şirvanovun vəkili Fariz Namazlı müdafiə etdiyi şəxslər barəsində cinayət işinə xitam verilməsi üçün vəsatət verib. O, bildirib ki, təqsirləndirilən şəxslərin əməlində heç bir cinayət tərkibi yoxdur. İstintaq orqanı onları cinayətkar dəstə kimi qələmə verib, ancaq bu düzgün deyil:

“”Müsəlman Birliyi” qeyri-hökumət təşkilatıdır. Birliyin qeydiyyata alınması üçün təsis sənədləri hazırlanıb və Ədliyyə Nazirliyinə təqdim olunub. Ancaq Ədliyyə Nazirliyinin əsassız cavabı ilə, ölkədəki bürokratik maneələrə uyğun olaraq qeydiyyata alınmasından imtina edilib və sonuncu dəfə sənədlər keçən ilin noyabrında geri qaytarılıb. Sonra da Taleh Bağırzadə həbs edildiyi üçün sənədlər nazirliyə təqdim oluna bilmədi. Qeydiyyata alınmayan təşkilatın fəaliyyəti qadağan deyil, buna görə də təşkilatın qanunsuz təşkilat olması kimi iddialar səsləndirmək absurddur. Buna görə də təşkilatın üzvü olanlar, o cümlədən təqsirləndirilən şəxslər cinayətkar fəaliyyətlə məşğul deyil. Bundan başqa, Elçin Qasımov öncə 30 gün müddətində inzibati həbs edilib, lakin sonradan Elçin Qasımova eyni əmələ görə artıq ittiham verilib, yəni cinayət işi açılıb. Bu da qanunsuzdur, belə ki qanuna əsasən eyni əmələ görə ikinci dəfə məsuliyyətə cəlb olunmaq yolverilməzdir. Ona görə də cinayət işinə xitam verilməsini istəyirik”.

Daha sonra vəkil F. Namazlı həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılıb vəkillərinin yanında əyləşməsi barədə vəsatətlər verib. O, bildirib ki, əgər qətimkan tədbiri də dəyişdirilmirsə, o zaman onlar vəkillərin yanında əyləşdirilsinlər: “Azərbaycan nə qədər ki, Avropa Şurasının üzvüdür, bunu etmək olar”.

Hakim Mayıl Bayramov isə vəkilə “Bura Avropadır bəyəm?” sualını verib:

“Burada otursunlar da yəni, sizin yanınızda, hə? Əksinə mümkün deyil ki?””Açaq şüşələri, siz gedin təqsirləndirilənlərin yanında oturun”.