Bakının bəzi dayanacaqlarında yeniliklər tətbiq olunur
Milli.az xəbər verir ki, bir neçə ay öncə işinə start verən “Bakıkart” layihəsi terminallarının əhatəsini genişləndirir.
İlk öncə terminallar Metropolitenin girişlərində yerləşdirilirdisə, hal-hazırda onları avtobus dayanacaqlarında da görə bilərsiniz. Əsasən şəhərin mərkəzində quraşdırılan terminallar “BakuBus” avtobuslarının keçəcəyi dayanacaqlarda olacaq.
Bu barədə Milli.Az-a “Bakıkart” layihəsinin rəhbəri Ceyhun Əliyev xəbər verib.
“Dayanacaqlarda quraşdırılan “Bakıkart” terminalları artıq istifadəyə verilib və işlək vəziyyətdədir.
Bir çox dayanacaqlarda görəcəyiniz terminallar əsasən “BakuBus” avtobuslarının keçəcəyi dayanacaqlarda quraşdırılıb”, – Ceyhun Əliyev deyib.
xebername.info