Bu gün Müsavat başqanının müavini Fərəc Kərimli azadlığa buraxılıb.
Qeyd edək ki, Fərəc Kərimli qardaşı Sirac Kərimli ilə birlikdə 2014-cü ilin iyul ayında, narkotik maddə saxlamaq və satmaq ittihamı ilə həbs olunublar.
Fərəc Kərimli 6 il 6 ay, Sirac Kərimli isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Sirac Kərimli 2016-cı il martın 17-də əfv olunaraq azadlığa çıxıb.
Fərəc Kərimli ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu bildirir.
“Amnesty İnternational” təşkilatı Fərəc Kərimlini vicdan məhbusu kimi tanıyır.