Bu gün Bakının Yasamal rayonunda, “İnşaatçılar” metrostansiyasının yanında, “Məhsul” stadionunda Müsavat Partiyası mitinq keçirəcək. Aksiya saat 15:00-da başlamalıdır.
Mitinq qərarı oktyabrın 5-də Müsavatın Divanında qəbul olunub. Qərarda mitinqin “Azad seçki” şüarı ilə təşkil ediləcəyi göstərilirdi. Maraqlıdır ki, sonradan bu mitinq İsa Qəmbərin və Müsavatdan deputatlığa digər namizədlərin seçicilərlə görüşü adı altında təbliğ olunmağa başladı.
Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. BŞİH Müsavatın aksiya ilə bağlı müraciətinə oktyabrın 20-də müsbət cavab verib. Bununla BŞİH bazar günü mitinqləri ilə bağı mövqeyindən imtina edib. Belə ki, BŞİH xeyli vaxt idi bazar günü mitinq keçirməyə razılıq vermirdi. Milli Şuranın bir neçə mitinq müraciəti aksiyanın şənbə günü keçirilməsi təklifi ilə geri qaytarılmışdı. İndi isə BŞİH mitinqin bazar günü keçirilməsinə razılıq verib.
xebername.info