Bu gün Ermənistan parlamentində təmas xəttinə Rusiya ordusunun gətirilməsi müzakirə olub.

Məsələ bu gün Ermənistan parlamentinin əsas müzakirə mövzusu olub.
Bu gün Ermənistan parlamentinin iki aparıcı fraksiyası münaqişə zonasına sülhməramlıların gətirilməsinin vacibliyindən danışıblar.загружено (73)

Ans-in məlumatına görə, hakimErmənistan Respublika Partiyasınınfraksiya rəhbəri Vaqram Baqdasaryan və ana müxalifət partiyası Erməni Milli Konqressinin fraksiya rəhbəri Levon Zurabyan bu məsələdə faktiki olaraq razılığa gəlindiyini bildirib.

Ermənistanın “Lragir” portalının yazdığına görə, Levon Zurabyan münaqişənin  nizamlanması zamanı bir sıra mövqelərin Azərbaycanın əlinə keçməməsi üçün bu addımın atılmasının vacib olduğunu bildirib: “Məgər aydın deyil ki, bu ərazilərdə Azərbaycan silahlı qüvvələrinin peyda olmasına yol vermək olmaz. Bu, Azərbaycan tərəfindən  təcavüz təhlükəsinə səbəb ola bilər”.Əslində, bölgəyə sülhməramlıların yerləşdirilməsi münaqişənin həlli üzrə təklif edilmiş Madrid prinsiplərində də nəzərdə tutulur. Amma Ermənistanda sülhməramlılar dedikdə, Rusiya ordusu başa düşülür və portalın məlumatına görə, artıq Qarabağda Rusiya hərbçiləri peyda olmaqdadır. Bu barədə dərc edilmiş məqalədə bildirilir ki, Qarabağın cənub hissəsində ermənilərin itirdikləri mövqeləri geri qaytarması barədə rəsmi İrəvanın yaydığı məlumat yalandır və əksinə, indi həmin ərazidə ermənilərin əlində qalmış mövqelərdə Rusiya hərbi ekspertləri peyda olub.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli

Ermənistan tərəfinin Qarabağa Rusiya qoşunlarını gətirmək istəyi Şuşanın işğalında iştirak etmiş erməni hərbçilərinin yaydığı bəyanatda da bildirilir. Ermənistan prezidenti Serj Sarkisyanı bu istəyinə görə sərt tənqid edən erməni hərbçilər iddia edirlər ki, Rusiya öz məqsədləri üçün  Dağlıq Qarabağı Azərbaycana geri qayataracaq. Erməni şərhçilərinin fikrincə, Rusiyanın bu istəyinin arxasında Azərbaycanın Avrasiya İttifaqı və Kollektiv  Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlara cədb etmək niyyəti durur. Onların fikrincə, bununla da Putinin keçmiş SSRİ-ni bərpa etmək niyyətinin qarşısında duran əsas maneələrdən biri aradan qalxmış olacaq.

ANS PRESS-ə Rusiyadan daxil olan zənglərdə də bununla bağlı məlumatlar vurğulanır. Məlumata görə, əslən Novosibirskdən olan rusiyalı gənci bu günlərdə xidmət etdiyi Çitadan Qarabağa gətirilib. Gəncin atası orada yaşayan azərbaycanlılara müraciət edərək Qarabağdakı vəziyyətlə maraqlanıb.