Bu gün Bakıda etiraz mitinqi keçirilir – saaf 15:00, Məhsul stadionu

mitinq-11-sentyabr-2016-1
Bu gün Bakıda, Yasamal rayonunda yerləşən Məhsul stadionunda (İnşaatçılar metrostansiyasının yanı) Milli Şuranın təşkil etdiyi etiraz mitinqi keçiriləcək. Mitinq Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılıb, saat 15-dən 17-dək davam edəcək. Mitiqin şüarı “Talana son, monarxiyaya yox, siyasi məhbuslara azadlıq”dır.