Bu dövlətin başına gələnlər Türkiyənin qəsdinə duran böyük güclərin əməlidir.

70253Hazırda bu foto dünyanın və regionun informasiya məkanında dolaşan şəkillərdən biridir. İstanbulda çəkilib. Bu gecənin, İstanbulun, Türkiyənin fotosudur.

Türkiyəni bu hala salmaq, darmadağın etmək, naçar buraxmaq istəyirlər.

Əvvəllər bu ölkədə, onun meqapolislərində çoxsaylı insan qurbanları aparan terror aktları baş verəndə terakt müəllfinin hansı qüvvə olduğuna dair rəylər yekdil olurdu. Hamı bilirdi ki, bu, PKK-nın işidir.

İndi bilinmir. Türkiyənin əlisilahlı düşmənləri çoxalıb. İndi PKK-nın yanında İŞİD də var, PYD də var. Başqaları da var.

İndi dəqiqliyi ilə bilinmir ki, Türkiyəni, günahsız insanları küçələrdə kim vurur.

Bu dövlətə qarşı qəribə, çoxbaşlı əjdaha misallı bir birləşmə, müttəfiqlik var.

Onlar bir-birilə sözləşmiş, işbirliyi yapmış, iş bölgüsü aparmış kimi görünürlər, sağdan, soldan soxulurlar, havadan gəlirlər, dağdan aşırlar, dənizdən çıxırlar, axır ki, nəsə bir təxribat törədirlər.

Dünya üzərində istər daxildən, istərsə də xaricdən bu qədər total basqıya, permanent hücumlara məruz qalan ikinci bir dövlət yoxdur.

Türkiyənin siyasəti də təzyiq altındadır, iqtisadiyyatı da, vətəndaşlarının həyatı da.

Başqa hansı dövlət olsa, indiyə xeyli sarsılmış olardı.

Ancaq Türkiyə mətanətlə dözür, dayanır, duruş gətirməyə çalışır.

Kim nə deyir, desin, bu dövlətin başına gələnlər Türkiyənin qəsdinə duran və onu çökdürməyə çalışan böyük güclərin əməlidir.