Britaniyanın baş naziri Tereza Mey martın 14-də bəyan edib ki, Britaniya Kəşfiyyatı və Milli Cinayət Agentliyi bu ölkənin ərazisində iri korrupsionerlərin maliyyə- biznes davranışlaını nəzarət altına götürüb və xüsusi təhqiqat aparılır. Tereza Mey bunu Rusiya prezidenti Vladimir Putinin çevrəsinə daxil olan bəzi şəxslərin və şirkətlərin, o cümlədən «Rosoboroneksport» şirkətinin maliyyə əməliyyatları ilə bağlı aparılan araşdırma işləri ilə bağlı vurğulayıb.
Britaniyadan “Azadlıq”a məlumat verən mənbə əlavə edir ki, bu ölkədə İlham Əliyevin də ailəsi daxil olmaqla daha 4 azərbaycanlı ailənin biznes- kommersiya fəaliyyətləri məxfi araşdırmalara cəlb edilib. Mənbə, kəşfiyyat nəzarəti altına verilən daha 4 ailənin məhz, kimlərdən ibarət olduğunu dəqiqləşdirməyib, amam yaxın zamanlarda bu barədə məlumatların üzə çıxacağını təkidlə bildirib. Gün ərzində Prezident Administrasiyasına bu barədə verdiyimiz sorğulara heç bir cavab ala bilmədik.