İngilis neft şirkəti BP, Amerika tarixinin ən böyük neft sızıntısıyla əlaqədar olaraq 18.7 milyard dollarlıq tazminata məhkum edildi.
Meksika Körfəzində 2010-ci ildə meydana gələn neft sızıntısı səbəbiylə BP-yə 18 milyard dollar cərimə kəsildi.
Axıntı ilə əlaqədar Körfəzə sərhədi olan 5 əyalət və ABŞ Ədliyyə Nazirliyi ilə müzakirələrdə olan BP, gələcək 18 il ərzində ildə 1 milyard dollara yaxın ödəmə edəcək.
Səthin 1,6 kilometr altında meydana gələn partlayış nəticəsində 11 adam ölmüş və quyu alovlar içində qalmışdı. İrəliləyən həftələrdə quyudan 3 milyon barel neft Meksika Körfəzinə qarışdı.
Bu il Nyu Orlansda bir məhkəmə, şirkətin hadisədə böyük ehtiyatsızlığı olduğuna qərar verdi.
ABŞ Ədliyyə naziri Loretta Lynch, razılaşmanın bir məhkəmə tərəfindən təsdiqlənməsi vəziyyətində bu məbləğin ABŞ tarixində tək bir təşkilatın ödəyəcəyi ən böyük təzminat olacağını ifadə etdi. Lynch, ödənişlərin Meksika Körfəzi sahilində iqtisadiyyatın, balıqçılığın, bataqlıqlar və vəhşi həyatın qorunması üçün istifadə ediləcəyini ifadə etdi.
BP razılaşmanın xaricində bu günə qədər hadisə ilə əlaqədar xərclərinin 45 milyard dolları keçdiyini, bunun 4,5 milyard dollarının cəza hüququ məhkəmələri nəticəsində olduğunu açıqladı.
Mətləb BALAKİŞİYEV