Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalmalı yoxsa çıxmalı olduğunu müəyyən etmək üçün tarixi referenduma start verilib.
Seçki məntəqələri ölkənin yerli vaxtla saat 07:00-dan başlayaraq axşam saat 22:00-a qədər davam edəcək.
Səsvermədə təqribən 46 milyon 499 min 537 nəfər səsvermə hüququna malikdir və bu Böyük Britaniya üçün rekord səsvermə rəqəmi hesab olunur.
Referendumun səsvermə bülletenində soruşulur: “Birləşmiş Krallıq Avropa İttifaqında qalmalıdır yoxsa Avropa İttifaqından çıxmalıdır?”
Ümumi səslərin yarıdan çox hissəsini toplayan tərəf qalib sayılacaq.
Referendum seçki məntəqələri axşam saat 22:00-da bağlandıqdan sonra seçki qutuları toplanacaq və nəqliyyat vasitəsilə səsvermə nəticələrinin hesablama məntəqələrinə aparılacaq.
11 regional məntəqənin hər birinin nəticələri gecə boyu açıqlanacaq.
Seçki Komissiyası son nəticələrin cümə günü “səhər saatlarında” elan olunacağını ehtimal edir.